Ukraynada paytaxt Kiyevin mərkəzində ən böyük komplekslərdən olan "Ocean Plaza"nın monitorlarında 27 sentyabr - Anım Günü ilə əlaqədar torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş görüntülər nümayiş olunub.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bütün plaza boyu monitorlarda Azərbaycan bayrağı, "Qarabağ Azərbaycandır!", "Qəhrəmanlarımızı unutmuruq, qürurla anırıq!" şüarları, Xarıbülbül əks olunub.
Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.