Azərbaycanda mənşəyi bilinməyən saxta kosmetik məhsulların satışı kifayət qədərdir və alıcıların çoxu da bunu ayırd edə bilmir. Hətta çox zaman məhsulun üzərində istifadə müddəti belə göstərilmir.
Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov “Report”a açıqlamasında belə bir problemin uzun illərdir olduğunu, sadəcə mal nişanını oxşadıb, hətta qaçaqmalçılıq yolu ilə gətirilmiş mənşəyi bilinməyən kosmetik məhsulların satışının həyata keçirildiyini bildirib.
Həkim-kosmetoloq Arzu Hacıyevanın sözlərinə görə, keyfiyyətsiz kosmetik vasitələrdən istifadə dəridə allergiya, sağlamlıqla bağlı problemlər yaradır.
“Report” mövzu ilə bağlı süjeti təqdim edir.