Azərbaycan xalqı Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini anır.
"Report" anım mərasimlərindən fotoreportajı təqdim edir.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində 2 907 nəfər şəhid verib. 7 hərbi qulluqçu isə indiyədək itkin düşmüş hesab olunur.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.
Foto: Ehtiram Cəbi