Bakı şəhəri, Suraxanı rayonu, Hövsan südçülük sovxozu adlanan ərazidə yaşayan sakinlərin yollarının bərbad vəziyyətdə olması ilə bağlı “Report”un süjetindən sonra problem həllini tapıb.
“Report”un xəbərinə görə, Hövsan südçülük sovxozu “sağa gedən yol” kimi tanınan bu ərazidə yeni asfalt yolu salınıb. İş icraçısının dediyinə görə, hava şəraiti uyğun olarsa, işlər iki-üç günə yekunlaşacaq.