“Yaradıcılığımın əsas səbəbi Şuşadır” deyən rəssam Səyyar Əliyev Şuşanın suyundan içməyi və evlərinə gedəcəyi günü səbirsizliklə gözlədiyini “Report”a bildirib.
1949-cu ildə Ağcabədi rayonunun Xocavənd kəndində dünyaya göz açan Səyyar Əliyev orta məktəb təhsilini Şuşa və Ağcabədidə alıb. 1976-1990-cı illərdə Şuşanın ayrı-ayrı müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. Uzun illər boyu əsərlərinin çoxunda Şuşanı təsvir edib.
“Report” Səyyar Əliyev ilə videomüsahibəni təqdim edir: