"Saat 12-dən 16-dək günəşlənmək olmaz" - VİDEO

"Saat 12-dən 16-dək günəşlənmək olmaz" - VİDEO Həddindən artıq gün şüası, ultrabənövşəyi şüalar vaxtından əvvəl qocalma, dermatoz, dəridə iltihabi proseslər və dəri xərçənginə səbəb olur
Multimedia
16 May , 2021 17:43
Saat 12-dən 16-dək günəşlənmək olmaz - VİDEO
0 : 00
0 : 00

Havaların birdən-birə isinməsi, xüsusi ilə də günorta saatlarında temperaturun yüksək olması, sağlamlığımıza necə təsir edir? Mütəxəssislər Günəş şüasının günün müəyyən saatlarında faydalı olduğunu desələr də, bəzi saatlarda isə bir sıra dəri xəstəlikləri yaratdığını da istisna etmir.

Dermatoloq Aytən Quliyeva "Report"a müsahibəsində Günəş şüalarının insan dərisinə mənfi təsiri barədə xəbərdarlıq edib: "Həddindən artıq gün şüası, ultrabənövşəyi şüalar vaxtından əvvəl qocalma, dermatoz, dəridə iltihabi proseslər və dəri xərçənginə səbəb olur".

Həkimlər xüsusi risk qrupu altında olan insanlara tez-tez ilıq su ilə duş qəbul etməyi, açıq və rəngli geyimlərdən istifadə etməyi də məsləhət görürlər.

D vitamini az olan insanların xərçəng, sümük xəstəlikləri, ürək xəstəlikləri və adi soyuqdəyməyə belə yoluxma riski olduqca yüksəkdir.

"Report" videomaterialı təqdim edir:

Operator: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi