Azərbaycanda 14 aydır pandemiya səbəbindən toy mərasimlərinin keçirilməsinə icazə verilmir.
Deputat Razi Nurullayev “Report”a açıqlamasında bir ildən artıqdır toyların olmadığını və bundan insanların narahat olduğunu bildirib. O, qapalı məkanlarda 50-100 nəfərlik tədbirlərin olduğunu əsas gətirərək, yay aylarında, açıq havada toylara icazə verilməsini təklif edib.
Onun sözlərinə görə, bu zaman pandemiyanın şərtlərinə uyğun toy mərasimləri təşkil etmək mümkündür.
İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, toyların keçirilməsinə icazə verilməsi iqtisadiyyatda, xüsusən də kənd təsərrüffatı məhsullarının istehlakı sahəsində dirçəliş yarada bilər.
Mövzu ilə bağlı süjeti təqdim edirik.
Video: Mircavid Eminoğlu