“Vaksinasiya prosesində vətəndaş olaraq iştirak etməli, xəstəliyə qalib gəlmək üçün birgə mübarizə aparmalıyıq. Yanlış məlumatlardan uzaq olun. Hər birinizi prosesdə aktiv iştirak etməyə səsləyirəm”.
“Müzakirə vaxtı”nın budəfəki qonağı Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov vətəndaşlara çağırış edib.
Elnur Rüstəmov peyvənd olunmaqdan ehtiyat edən vətəndaşlara psixoloji məsləhətlər verib.