ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ermənistanın işğalından azad edilən Ağdam şəhərinə səfəri davam edir.
“Report”un Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyəti Ağdamda tarixi Şahbulaq qalasında olublar.
Qonaqlara qalanın tarixi barədə geniş məlumat verilib. Həmçinin Ağdam Tarix Diyarşünaslıq Mizeyindən gətirilən eksponatlar ziyarətçilərə nümayiş etdirilib.