ABŞ qəzeti: Azərbaycanlı köçkünlər öz doğma yurdlarına qayıtmaq istəyir

ABŞ qəzeti: Azərbaycanlı köçkünlər öz doğma yurdlarına qayıtmaq istəyir Kaliforniyada dərc olunan ispandilli “Alianza Metropolitan News” qəzeti İspaniyanın “EFE” agentliyinə istinadla “Qarabağ köçkünləri öz yurdlarına qayıtmaq istəyirlər” sərlövhəli məqalə yayıb.
Qarabağ
18 Dekabr , 2020 12:49
ABŞ qəzeti: Azərbaycanlı köçkünlər öz doğma yurdlarına qayıtmaq istəyir

Kaliforniyada dərc olunan ispandilli “Alianza Metropolitan News” qəzeti İspaniyanın “EFE” agentliyinə istinadla “Qarabağ köçkünləri öz yurdlarına qayıtmaq istəyirlər” sərlövhəli məqalə yayıb.

"Report" xəbər verir ki, məqalədə Azərbaycanın işğaldan olunmuş Ağdam və Füzuli rayonları sakinlərinin fikirlərinə yer verilib.

Məqalədə bildirilir ki, rayonun 50 yaşlı sakini, müəllimə Aidə Hüseynova ermənilərin 1993-cü ildə işğal edib xarabalığa çevirdiyi, “ruhlar şəhəri” adlandırılan, yenicə azad edilmiş Ağdam şəhərində “dağıntılar arasında öz dədə-baba yurdunuzu tapa bilərsinizmi” sualına cavab olaraq deyir: “Ağdamı bu halda görəndə məni ağlamaq tutur, qəhər məni boğur, çox pis oluram, baxa bilmirəm”. Jurnalist yazır ki, Aidə Hüseynova onunla şəhərdə yeganə salamat qalmış ikiminarəli məscid binasının qarşısında söhbət edib.

Müharibədən öncə 40 min sakini olan şəhərin tamamilə dağıdılıb viran qoyulduğu vurğulanan məqalədə buna görə Ağdamın “Qafqazın Xirosiması” adlandırıldığı diqqətə çatdırır.

Ağdam sakini fikirlərini davam etdirərək deyir: “Müharibə dəhşətli idi, düşünürdük ki, hamımız burada öləcəyik. Bizim sağ qalmağımız möcüzə oldu, amma ermənilər mənim bütün ailəmi məhv etdilər, xalamın bütün ailəsini girov götürdülər, hazırkı vaxtadək onların aqibətindən bixəbərik”.

Ağdamın daha bir sakini, 58 yaşlı Məhəmməd Məmmədov rayonun əvvəlki vəziyyətindən danışır: “Əvvəllər burada tarlalar, fabriklər, üzümlüklər var idi, şərab istehsal olunurdu”.

Müəllif yazır ki, ermənilər bu şəhəri 1993–cü ilin iyulunda zəbt ediblər, amma heç vaxt burada məskunlaşmayıblar.

Qeyd olunur ki, bu ərazilərdə hazırda minalardan təmizlənmə işləri həyata keçirilir. Hər yerdə yanmış tanklar, partlamamış və ermənilər geri çəkilərkən atıb getdikləri hərbi sursatlar var.

Diqqətə çatdırılır ki, Ağdamdan sonra işğal olunub tamamilə yerlə-yeksan edilən digər şəhər Füzuli şəhəridir. Bu şəhərin sakini Əli Həşimoğlu hadisələrin üstündən uzun illər keçsə də, yaddaşından heç nəyin silinmədiyini deyir. Onun balaca nəvəsi bütün Bakı sakinləri kimi “Qarabağ Azərbaycandır” deyə qışqırır.

“Biz ermənilərlə əgər işğalçı fikirlərindən əl çəkərlərsə birgə yaşaya bilərik, əks halda, bu, mümkün deyil”, - Əli Həşimoğlu bildirir.

Son xəbərlər

Orphus sistemi