Bir qrup yerli kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad edilmiş Ağdam rayonuna səfəri davam edir.
“Report”un səfərdə iştirak edən əməkdaşının xəbərinə görə, jurnalistlər yeni salınan Ağdam şəhər meşə-parkı ilə tanış olub.
İndiyədək meşə-parkda 1 500-dən çox şam ağacı əkilib.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 28-də Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimində iştirak edib. Dövlət başçısına burada salınan meşə-park barədə məlumat verilib.