Ağdamdakı erməni vəhşiliyi fotoların dili ilə

Ağdamdakı erməni vəhşiliyi fotoların dili ilə Mədəni, mənəvi, dini mirası məhv etmək yolverilməzdir.
Qarabağ
30 Noyabr , 2020 16:02
Ağdamdakı erməni vəhşiliyi fotoların dili ilə

Mədəni, mənəvi, dini mirası məhv etmək yolverilməzdir.

“Report” xəbər verir ki, bunu feysbuk səhifəsində yazan dünya şöhrətli fotojurnalist Rza Diqqəti Ermənistan ordusu tərəfindən viran qoyulmuş Ağdam şəhərinin fotolarını paylaşıb.

“Bunları müxtəlif münaqişədə görmüşəm. Son günlər Qarabağda dağıdılmış qəbiristanlıqlar, yandırılmış evlər, tövləyə çevrilmiş məscidlər gördüm”, – deyə qeyd edən R.Diqqəti Ağdam rayonunun Qiyasi kəndində 30 illik işğal müddətində mal tövləsi kimi istifadə olunmuş məscidin şəkillərini paylaşıb.

“Azərbaycanlılar gələndə oranın içi peyinlə dolu olub. Bölgəni tərk etməzdən əvvəl işğalçılar bacardıqları hər şeyi götürüb aparıb, məscidi də yandırıb. Oradakı yenidənqurma və bərpa uzun məsələ olacaq”, - fotojurnalist qeyd edib.

Son xəbərlər

Orphus sistemi