Ağdam rayonunun işğaldan azad olunması gecə saatlarından başlayaraq sakinləri tərəfindən böyük çoşqu ilə qeyd olunur.
"Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşları ağdamlıların sevinc hisslərini lentə alıb.
Hazırda da Ağdam sakinləri Türkiyə və Azərbaycan bayraqları ilə rayonun işğaldan azad olunan ərazilərin yaxınlığına toplaşıb, bu günü bayram edirlər.