Ağsuda şəhid Qamət Qurbanovun xatirəsinə ehsan bulağı istifadəyə verilib

Ağsuda şəhid Qamət Qurbanovun xatirəsinə ehsan bulağı istifadəyə verilib Ağsu rayonunda Vətən müharibəsi şəhidi Qurbanov Qamət Şəmşir oğlunun xatirəsinə ehsan bulağı istifadəyə verilib
Qarabağ
16 Aprel , 2021 08:33
Ağsuda şəhid Qamət Qurbanovun xatirəsinə ehsan bulağı istifadəyə verilib

Ağsu rayonunda Vətən müharibəsi şəhidi Qurbanov Qamət Şəmşir oğlunun xatirəsinə ehsan bulağı istifadəyə verilib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, Qamət Qurbanovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə doğulduğu kənddə onun adını daşıyan bulağın açılışı olub.

Açılış mərasimində iştirak edən şəhidin yaxınları onun döyüş meydanında göstərdiyi qəhrəmanlıqlardan, Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışıblar. Eyni zamanda yaxınları Qamət Qurbanovla bağlı xatirələrini bölüşüblər. Sonda bütün şəhidlərin xatirəsi ehtiramla yad edilib, dualar oxunub.

Qamət Qurbanov 2001-ci il iyulun 25-də Ağsunun Keçidməz kəndində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.

Sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda Qamət Qurbanov da ön cəbhəyə yollanıb. O, düşmənin xeyli sayda sayda canlı qüvvəsi və texnikasının məhv edilməsində əvəzsiz xidmətlər göstərib. Lakin sentyabrın 29-da gedən döyüşlər zamanı şəhid olub. Şəhidimizin nəşi ölümündən bir gün sonra Keçidməz kəndində torpağa tapşırılıb.

Q.Sülemanov göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, Keçidməz kəndinin ümumilikdə 4 şəhidi var. Onlardan 3-ü birinci, biri isə ikinci Qarabağ müharibəsində şəhid olub.

Son xəbərlər

Orphus sistemi