"Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamına uyğun olaraq, saat 12:00-da ölkə boyu Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi".
“Report” xıbır verir ki, bu barədə Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovskiy bildirib.
“İlham Əliyevin rəhbərliyi ilə ordumuz işğalçıları torpaqlarımızdan çıxardı. Vətənimizin azadlığı uğrunda canlarından keçən övladlarımızın, oğullarımızın xatirəsi qarşısında hamı baş əyir. Torpaqlarımızı azad etmək üçün canlarını fəda edən əsgərlərimizin xatirəsi qarşısında ailələrimizlə, yəhudi qardaşlarımızla birgə bu gün təzim edirəm”, – icma rəhbəri qeyd edib.
Xatırladaq ki, Müdafiə Nazirliyinin məlumatına görə İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Prezident İlham Əliyev şəhidlərimizin xatirəsini yad etmək üçün dekabrın 4-də saat 12:00-da ölkə boyu bir dəqiqəlik sükut elan olunmasına dair sərəncam imzalayıb.