Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq tərəfləri Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatın müddəalarına riayət etməyə çağırıb.
“Report” xəbər verir ki, səfir bu barədə rəsmi tviter səhifəsində paylaşım edib.
“Hərbi əməliyyatların dayandırılmasından bir il sonra bütün azərbaycanlıları və erməniləri onilliklər boyu mövcud olmuş inamsızlığı və nifrəti arxada qoymağa çağırıram. Üçtərəfli bəyanat barışıq və transsərhəd əməkdaşlıq öhdəliyi yaradır”, - səfir deyib.