“Almaniya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etməkdə maraqlıdır”.
“Report” xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq bildirib.
Səfir deyib ki, hazırda Almaniya-Azərbaycan şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edir: “Bundan başqa, Füzuli hava limanının tikintisində və Qarabağda aparılan digər tikinti işlərində iştirak edən Almaniya şirkəti də var”.
V.Maniq Azərbaycan və Ermənistanı sülh şəraitində yaşamağın yollarını tapmağa çağırıb: “Səhvlər haqqında düşünmək və onlar üzərində işləmək lazımdır. Yalnız bununla dinc yaşayışa nail olmaq olar”.
O, İkinci Dünya müharibəsi dövründən Almaniyanın da qonşuları ilə problemləri olduğunu, lakin hazırda bütün ölkələrin uğurla əməkdaşlıq etdiyini və Avropa İttifaqında bir araya gəldiyini söyləyib.