Almaniya XİN başçısının müavini ermənilərin mina xəritələrini verməməsinə münasibət bildirib

Almaniya XİN başçısının müavini ermənilərin mina xəritələrini verməməsinə münasibət bildirib "Rəsmi Berlin ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir"
Qarabağ
22 Aprel , 2021 12:38
Almaniya XİN başçısının müavini ermənilərin mina xəritələrini verməməsinə münasibət bildirib
Mikael Rot

Almaniya Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazir müavini, Avropa Şurası Nazirlər Komitəsinin Almaniyanın sədrliyi üzrə xüsusi nümayəndəsi Mikael Rot (Michael Roth) Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sualını cavablandırıb.

"Report"un Fransa bürosunun xəbərinə görə, AŞPA-nın yaz sessiyası zamanı R.Hüseynov almaniyalı nazir müavininə "Dağlıq Qarabağda minaların təmizlənməsi üçün Ermənistanın xəritələri verməsi və məsuliyyəti üzərinə götürməsi üçün hansı tədbirlər görülür" sualı ünvanlayıb.

M.Rot cavab olaraq deyib ki, rəsmi Berlin ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir: "Biz ATƏT-in Minsk qrupunun və müşahidə qrupunun fəaliyyətini dəstəkləyirik. Minsk qrupunun Dağlıq Qarabağ probleminin həllindəki fəaliyyəti davamlı nəticələr verməlidir. Biz Minsk qrupu tərkibində bu məsələyə öz dəstəyimizi verməyə hazırıq".

Son xəbərlər

Orphus sistemi