Almaniyalı səyyah: Qarabağın sürətlə bərpası heyrətamizdir

Almaniyalı səyyah: Qarabağın sürətlə bərpası heyrətamizdir Qarabağın sürətlə bərpası heyrətamizdir.
Qarabağ
25 İyul , 2024 13:46
Almaniyalı səyyah: Qarabağın sürətlə bərpası heyrətamizdir

Qarabağın sürətlə bərpası heyrətamizdir.

Bu barədə “Report”a almaniyalı səyyah Yoahim fon Löben deyib.

Şuşa haqqında danışan səyyah qeyd edib ki, bu şəhər ona Qüdsü xatırladır.

"Bu, bənzərsiz bir şəhərdir. Bu şəhərin sizin üçün əhəmiyyəti və müqəddəsliyi mənə Qüdsü xatırladır", – o bildirib.

Səyyah, həmçinin deyib ki, Qarabağda Füzuli şəhərinin timsalında şahidi olduğu bərpa işlərinin sürəti onu heyran edib.

"Sakinlər artıq ora qayıtmağa başlayıblar və bütün infrastruktur cəmi bir-iki ilə tikilib", - o əlavə edib.

Xatırladaq ki, 35 beynəlxalq səyyahdan ibarət heyət bu gün Şuşaya səfər edib.

Səfər dünyamiqyaslı MTP (Most traveled People) təşkilatı tərəfindən təşkil olunub.

Son 4 il ərzində 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyyah Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Səyyah Çarlz Veylinin rəhbərlik etdiyi qrupun səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Bu səfərdə 13 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digər ölkələrdən səyyahlar iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi