“Qarabağda dağıntılar olsa da, bura əvvəlki kimi yenə gözəl olacaq”.
Bunu “Report”a açıqlamasında 11 ölkədən olan səyahətçilərdən ibarət beynəlxalq qrupun tərkibində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən ABŞ-dan olan səyahətçi Kristian Fleyşer (Christian Fleischer) deyib.
“Dağıntılar istənilən formada pisdir. Odur ki, beynəlxalq ictimaiyyət vandalizm aktlarını qınamalıdır”, - o vurğulayıb.
K.Fleşer bu ərazilərə yenidən səfər edəcəyinə ümidvar olduğunu bildirib.
Xatırladaq ki, 11 ölkədən səyahətçilərin daxil olduğu beynəlxalq qrup Qarabağda və Şərqi Zəngəzurda səfərdədir. 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya və Braziliyadan olan nümayəndələr daxildir. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edirlər.