Füzuli-Şuşa yolu minalardan təmizlənir

Füzuli-Şuşa yolu minalardan təmizlənir Alxanlı-Seyidəhmədli kəndləri ərazisindən keçən hissəsində təmizləmə işləri aparılır
Qarabağ
31 Mart , 2021 11:11
Füzuli-Şuşa yolu minalardan təmizlənir
Mədət Məmmədov
0 : 00
0 : 00

"İşğaldan azad olunan ərazilərdə mina təmizləmə əməliyyatları üç üsulla aparılır: mexaniki, əllə və xüsusi təlim görən itlər vasitəsilə. Xüsusi təlim keçən itlər ANAMA mütəxəssisləri tərəfindən hazırlanıb. Əvvəllər bu cür itlər xaricdən - Amerika, Bosniya və digər ölkələrdən alınırdı. Artıq bu itlər yerli kinoloji mərkəzdə hazırlanır. Bir itin mina təmizləmə üzrə ixtisaslaşmasına 12-24 ay vaxt sərf edilir. Əvvələr bu itlər xaricdən 17-22 min dollara alınırdı. Hazırda Göygöl Regional təlim mərkəzindəki itlərin seleksiyası həyata keçirilir".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndəsi Mədət Məmmədov deyib.

O, hazırda Füzuli-Şuşa yolunun təmizləndiyini bildirib:

"Yolun minalardan təmizlənəcək hissəsinin uzunluğu 34 kilometr, eni isə 150 metrdir. Bu yol böyük həyati əhəmiyyətə malik olduğu üçün ilk olaraq buranın minalardan təmizlənilməsinə başlanılıb".

M.Məmmədovun sözlərinə görə, hazırda Şuşa-Füzuli yolunun 17-ci km-də Füzuli rayonunun Alxanlı-Seyidəhmədli kəndləri ərazisindən keçən hissəsində təmizləmə işləri aparılır:

"Bu zamana kimi ərazidən 5 ədəd hərbi sursat, 207 tank əleyhinə mina, 168 ədəd piyada əleyhinə mina tapılıb".

Son xəbərlər

Orphus sistemi