ANAMA raket, bombacıq və mərmi qalıqları aşkarladı

ANAMA raket, bombacıq və mərmi qalıqları aşkarladı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) 07 oktyabr tarixində Agentliyə Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Şəmkir, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxil
Qarabağ
8 Oktyabr , 2020 01:24
ANAMA raket, bombacıq və mərmi qalıqları aşkarladı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) 07 oktyabr tarixində Agentliyə Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Şəmkir, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 31 (otuz bir) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 2 (iki) müraciət daxil olub.

Bu barədə “Report”a ANAMA-dan bildirilib.

Məlumata görə, daxil olmuş 33 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Əfətli, Baharlı, Xındırıstan kəndləri, Ağcabədi rayonunun Qiyaməddinli, Muğanlı, Ağgöl, Böyük Kəhrizli kəndləri və Xan Şuşinski küçəsi, Bərdə rayonunun Şahvəlilər kəndi, Beyləqan rayonunun Şitilçilik qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, Füzuli rayonunun Alıxanlı, Aşağı Mollaməhərrəmli kəndləri, Zobcuq qəsəbəsi və Horadiz şəhəri, Goranboy rayonunun Qızılhacılı, Tapqaraqoyunlu kəndləri, Şəmkir rayonunun Sabirkənd kəndi, Tərtər rayonunun Borsunlu kəndi və Şəxarx qəsəbəsi, Gəncə şəhəri Hərbi şəhərci, B.Əliyev və Ə.Əliyev küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 31 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 152 mm-lik top mərmisi (OF-45), 1 ədəd 125 mm-lik top mərmisi (OF-26), 1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1), 1 ədəd 300 mm-lik raket (9M528), 1 ədəd raketin təzyiq akkumulyator (9D180) (cəmi: 5 ədəd), 3 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator və 6 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Həmçinin Agentliyin partlayış qrupu tərəfindən 56 ədəd 9M525 bombacıqları partlayış yolu ilə zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi