“Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda İŞİD terrorçularının iştirakını sübut edən dəlillərimiz yoxdur".
“Report”un Fransa bürosu xəbər verir ki, bunu Avropa Şurasının Nazirlər Komitəsinin sədri, Almaniyanın xarici işlər naziri Heyko Maas Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Ermənistandan olan deputatın sualına cavab olaraq bildirib.
"Deyirsiniz ki, Azərbaycan Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda əcnəbi muzdlulardan istifadə edib? Amma bu günə kimi bunu sübut edən dəlil tapılmayıb", - o deyib.