“Regiondakı vəziyyət dəyişib”.
“Report” xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan XİN başçısı Ceyhun Bayramov ilə görüşdən sonra deyib.
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağda atəşkəsin elan olunması ilə bağlı verdiyi bəyanatı alqışlayıb.
A.Linde qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi İsveçin əsas prioriteti Avropadakı təhlükəsizlik sistemini qorumaq və hərtərəfli təhlükəsizlik konsepsiyasını dəstəkləməkdir. O, ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədiyini də əlavə edib.