“ATƏT Azərbaycan və Ermənistanla daimi təmasdadır, tərəflər arasında gərginliyin azaldılması və danışıqların davam etdirilməsinə çalışır”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ATƏT-in Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli bildirib.
Onun sözlərinə görə, münaqişə yalnız bu iki ölkə üçün deyil, bütünlükdə regionun təhlükəsizliyi üçün təhlükə yaradır.
ATƏT PA prezidenti qeyd edib ki, məsələyə beynəlxalq ictimaiyyətin daha fəal cəlb olunması tələb olunur: “ATƏT tərəfləri hərbi əməliyyatları dayandırmağa və Minsk Qrupunun həmsədrləri ilə sülh üzrə danışıqları bərpa etməyə çağırır”.
G.Tseretelinin sözlərinə görə, artıq 30 ilə yaxındır münaqişənin həll olunması ilə bağlı beynəlxalq vasitəçilik heç bir nəticə vermir: “Buna görə də daha effektiv fəaliyyətə ehtiyac var”.