Azad edilən ərazilərdə mineral xammal ehtiyatlarının monitorinqinin birinci mərhələsi bitib

Azad edilən ərazilərdə mineral xammal ehtiyatlarının monitorinqinin birinci mərhələsi bitib "Nazirlik bu istiqamətdə geniş fəaliyyət göstərir"
Qarabağ
6 Aprel , 2021 17:19
Azad edilən ərazilərdə mineral xammal ehtiyatlarının monitorinqinin birinci mərhələsi bitib
0 : 00
0 : 00

“İşğaldan azad edilən ərazilərdə mineral xammal ehtiyatlarının monitorinq işlərinin birinci mərhələsi artıq bitib. Vurulmuş zərər növbəti mərhələdə qiymətləndiriləcək”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, işğaldan azad olunan rayonların böyük əksəriyyəti üzrə vurulmuş ziyan və zərər ilkin mərhələdə dəyərləndirilib: “Bundan sonra xüsusi metodika üzrə qiymətləndirilmə aparılacaq və qalıq ehtiyatlarımız müəyyənləşdiriləcək. Nazirlik bu istiqamətdə geniş fəaliyyət göstərir”.

Son xəbərlər

Orphus sistemi