Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupu yaradılıb.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sənədə əsasən, İşçi Qrup aşağıdakı tərkibdə yaradılıb:
İşçi Qrupun rəhbəri
Energetika naziri
İşçi Qrupun üzvləri:
İqtisadiyyat nazirinin müavini
Maliyyə nazirinin müavini
Ekologiya və təbii sərvətlər nazirinin müavini
Kənd təsərrüfatı nazirinin müavini
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Fövqəladə hallar nazirinin müavini
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin
sədr müavini
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini
Dövlət Neft Şirkətinin vitse-prezidenti
Sərəncamla Energetika Nazirliyinə tapşırılıb ki, İşçi Qrupun katibliyi funksiyasını yerinə yetirsin və rübdə 1 dəfədən az olmayaraq İşçi Qrupun görüşlərini təşkil etsin.