Azərbaycanın humanizm prinsiplərinə uyğun olaraq Ermənistana qaytardığı üç erməni hərbçi - Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyanı daşıyan təyyarə Yerevanın “Erebuni” hava limanına eniş edib.
“Report” “Sputnik Ermənistana”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin üzvü Nazeli Baqdasaryan özünün feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, artıq hər üç şəxs Yerevan şəhərinə aparılıblar və tibbi müayinədən keçirilirlər. Eyni zamanda, erməni hərbçilər yaxınları ilə telefonla da danışıblar.
Xatırladaq ki, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov müşayiət edib.
Azərbaycan üç hərbçini Ermənistana təhvil verib.
"Report"un xəbərinə görə, bu barədə "Caliber.az" məlumat yayıb.
Bunlar Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır. Onlar Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanizm siyasətinə uyğun olaraq geri qaytarılıb.
İstintaq zamanı həmin hərbçilərin Azərbaycana qarşı terror aktlarında iştirak etmədikləri təsdiqlənib.
Erməni hərbçiləri aparmaq üçün Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general-leytenat Rüstəm Muradov xüsusi hərbi təyyarə ilə Bakıya gəlib. Artıq təyyarə erməni hərbçiləri götürərək Ermənistana yola düşüb və yaxın saatlarda Yerevana çatacağı gözlənilir.