Azərbaycan Ordusunun şəhid zabitinin nəşi tapıldı

Azərbaycan Ordusunun şəhid zabitinin nəşi tapıldı Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusunun nəşi tapılıb.
Qarabağ
22 Yanvar , 2021 12:40
Azərbaycan Ordusunun şəhid zabitinin nəşi tapıldı
Şükürlü Elvin

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusunun nəşi tapılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, bir müddətdir itkin düşən leytenant Şükürlü Elvin Azad oğlunun nəşi doğulduğu Cəlilabad rayonunun Şiləvəngə kəndinə gətirilir.

Onunla yaşadığı evdə vida mərasimi keçiriləcək. Daha sonra şəhidin nəşi dəfn edilməsi üçün ailəsinin yaşadığı Bakı şəhərinə gətiriləcək.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü, leytenant Elvin Şükürlü Vətən müharibəsinin ilk günlərində Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. Oktyabrın əvvəllərindən sonra onun barəsində heç bir məlumat olmayıb.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi