“Bütün dünya gördü ki, Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Eyni zamanda, bütün dünya görüb ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.
“Biz bu illər ərzində güc toplayırdıq. Həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, ölkə daxilində. Biz iqtisadiyyatımızı gücləndirirdik. Biz Ordumuzu gücləndirirdik. Və bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir ”, - Prezident əlavə edib.