Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Şuşaya səfəri başlayıb

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Şuşaya səfəri başlayıb Parlament sədrləri bu gün şəhəri gəzəcək, ermənilərin işğal dövründə Şuşada törətdikləri dağıntı, vandalizm aktları və hazırda aparılan bərpa-yenidənqurma işləri ilə tanış olacaqlar.
Qarabağ
29 İyul , 2021 09:44
Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Şuşaya səfəri başlayıb

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin Şuşa şəhərinə səfəri başlayıb.

Bu barədə “Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir.

Parlament sədrləri bu gün şəhəri gəzəcək, ermənilərin işğal dövründə Şuşada törətdikləri dağıntı, vandalizm aktları və hazırda aparılan bərpa-yenidənqurma işləri ilə tanış olacaqlar.

Nümayəndə heyətləri Şuşadan qayıdarkən yolüstü Füzuli rayonuna da baş çəkəcəklər.

Son xəbərlər

Orphus sistemi