Azərbaycan və Rusiyanın baş prokurorları arasında telefon danışığı olub

Azərbaycan və Rusiyanın baş prokurorları arasında telefon danışığı olub Oktyabrın 12-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında telefon danışığı baş tutub. Tərəflər iki ölkə arasında hüquqi əlaqələrin səviyyəsindən məmnunluq ifadə edərək cinayət işl
Qarabağ
12 Oktyabr , 2020 17:00
Azərbaycan və Rusiyanın baş prokurorları arasında telefon danışığı olub
Kamran Əliyev və İqor Krasnov

Oktyabrın 12-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında telefon danışığı baş tutub.

Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, tərəflər iki ölkə arasında hüquqi əlaqələrin səviyyəsindən məmnunluq ifadə edərək cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində əməkdaşlığı yüksək qiymətləndiriblər.

K.Əliyev 11 oktyabr tarixində gecə saatlarında erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan, döyüş bölgəsinə aidiyyəti olmayan və xeyli uzaqda yerləşən Gəncəyə və onun dinc sakinlərinə qarşı törədilən terror aktı barədə rusiyalı həmkarını məlumatlandırıb.

İ.Krasnov yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə etmiş, münaqişənin qısa zamanda beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının vacibliyini vurğulayaraq xalqımıza sülh və əmin-amanlıq arzulayıb.

Baş prokurorlar gələcək əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq bu haqda fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi