Ermənistanın işğalından azad olunan Cəbrayıl və Zəngilan rayonlarına səfər edən Azərbaycandakı xarici səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cəbrayıl şəhərindəki vəziyyətlə tanış olduqdan sonra Xudafərin körpüsünə yola düşüblər.
“Report”un işğaldan azad edilən ərazilərə ezam olunan əməkdaşı xəbər verir ki, diplomatlar Xudafərin körpüsünün yerləşdiyi ərazidə olublar.
Xarici diplomatlara Xudafərin körpüsünün erməni işğalı nəticəsində məruz qaldığı dağıntılarla bağlı məlumat verilib.
Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət edirlər.