Azərbaycanlı əsirlərə qarşı pis rəftar və işgəncələrlə bağlı hesabat hazırlandı

Azərbaycanlı əsirlərə qarşı pis rəftar və işgəncələrlə bağlı hesabat hazırlandı “Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyi tərəfindən “Ermənistan-Azərbaycan müharibəsində azərbaycanlı əsirlərə qarşı pis rəftar və işgəncələrlə bağlı ilkin hesabat” hazırlanıb.
Qarabağ
25 Dekabr , 2020 13:35
Azərbaycanlı əsirlərə qarşı pis rəftar və işgəncələrlə bağlı hesabat hazırlandı

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyi tərəfindən “Ermənistan-Azərbaycan müharibəsində azərbaycanlı əsirlərə qarşı pis rəftar və işgəncələrlə bağlı ilkin hesabat” hazırlanıb.

"Report"un məlumatına görə, hesabat Azərbaycan ictimaiyyətinə təqdim edilib.

Hesabat iki dövrü –1988-ci idən başlayaraq 27 sentyabr 2020-ci ilədək yəni birinci 1-ci Qarabağ Savaşı, ondan sonrakı dövrü və 27 sentyabr 2020-ci ildən sonrakı Vətən müharibəsi (2-ci Qarabağ Savaşı) dövrünü əhatə edir və bir neçə hissədən ibarətdir. Birinci hissədə əsir və girovlarla bağlı anlayışlar, beynəlxalq normativ sənədlər haqqında qısa məlumatlar verilmiş, onun tələbləri izah edilmişdir.

İkinci hissədə isə Ermənistan-Azərbaycan münaqişəsinin Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə qarşı pis rəftar və işgəncələrlə bağlı məlumatlar yer almışdır. Bu hissədə Birinci Qarabağ müharibəsində əsir, girov və itkin düşmüşlər barədə 01.12.2020-ci il tarixinə olan məlumatlar verilmişdir. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin azad edilmiş şəxslərlə bağlı statistik məlumatlara görə, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslər – 3890 nəfər (kişilər - 3623 nəfər, qadınlar - 267 nəfər), onlardan 3171 nəfər hərbçilər, 719 nəfər (71 uşaq, 267 qadın, 326 qoca) mülki şəxslər, itkinlərdən 872 nəfərinin (kişilər 774 nəfər, qadınlar 98 nəfər, həmçinin hərbçilər 605 nəfər, mülki şəxslər - 267 nəfər (29 uşaq, 98 qadın, 112 qoca)) əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər kimi qeydiyyata alınmışıdır, 1480 nəfər (hərbçilər 378 nəfər, mülki şəxslər - 1102 nəfər (224 uşaq, 357 qadın, 225 qoca)) əsir və girovluqdan azad edilmişdir.

Bu bölmədə qeyd olunan azərbaycanlı əsirlərin taleyi, onlara qarşı pis rəftar hadisələri, işgəncələrə məruz qalma, şəxisiyyətin alçaldılması barədə çoxlu sayda faktlar, dəlillər, bu işgəncələrə məruz qalmış şəxslər barədə məlumatlar, ayrıca bir altbaşlıqlarla taleyi naməlum olan əsirlər və girovlar, əsirlikdə qətlə yetirilənlər, Ermənistanda əsir və girovluqda qul kimi istiafdə olunan azərbaycanlılar, 1993-cü ildən bu günə qədər Azərbaycan əsirləri onların taleyi haqda məlumatlar, fotolar dərc edilmişdir.

Növbəti, “Ermənilərin azərbaycanlı əsir və girovlara qarşı törətdikləri işgəncələrin (vəhşiliklərin) bəzi nümunələri” hissədə, ermənilərin azərbaycanlı əsir və girovlara qarşı istiafadə etdiyi işgəncələr, işgəncəyə məruz qalmış şəxslər barədə məlumatlar verilmiş, erməni vəhşiliyini sübut edən faktlar əksini tapmışdır. Materiallar bit daha təsdiq edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş, onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir.

Dörüdüncü hissədə isə 27 sentyabr-10 noyabr 2020-ci il Vətən Müharibəsində (İkinci Qarabağ müharibəsi) azərbaycanlı əsirlərə qarşı işgəncə faktları dərc edilmişdir. Müharibə zamanı erməni terrorçularına çox ciddi zərbələr vurulub. Ancaq əlbəttə ki, döyüşlər zamanı hər iki tərəfdən əsir düşənlər olur. Azərbaycan tərəfi hər zaman bütün beynəlxalq norma və prinsiplərə uyğun olaraq əsir və girovların saxlanılması, onların dəyişdirilməsi, o cümlədən humanitar atəşkəs zamanı erməni hərbçilərinin meyitlərinin qaytarılması ilə bağlı bütün norma və prinsipləri qoruyub. Ancaq çox təəssüf ki, erməni tərəfi azərbaycanlı əsirlərlə davranışda hər zaman olduğu kimi vandallıq, barbarlıq edir, sosial şəbəkələrdə azərbaycanlı əsirlərə verdikləri işgəncələri açıq-aşkar nümayiş etdirirlər. Bu, erməni vəhşiliyinin, erməni murdarlığının növbəti bir təzahürüdür. Əsir düşmüş Azərbaycan vətəndaşları Ermənistanda həmişə olduğu kimi yenə işgəncələrə, pis rəftar və şəxsiyyətin alçaldılmsı hallarına məzruz qalıblar. Hətta erməni vəhşiliyinin nümunəsi kimi yaralı əsgərlərimizə verilən işgəncələr barədə faktlar, bizim əsirlərin hər birinə qarşı pis rəftar, işgəncə, şəxsiyyətin alçaldılması faktlarının olması foto, video və şahid ifadələri ilə tam sübut olunub. Bu mənada Erməsitan Respublikasının azərbaycanlı əsirlərə qarşı törətdiyi cinayətlərin anti-göstəricisi 100%-dir. Bununla bağlı Azərbaycan tərəfdə kifayət qədər tutarlı materiallar var. Bundan əlavə, ən iyrənc, insanlığa yaraşmayan fəaliyyət kimi erməni silahlı qüvvələrinin Azərbaycan əsgərlərinin cəsədləri üzərində təhqiredici, aşağılayıcı hərəkətlərə yol verilməsidir. Bu barədə də kifayət qədər video, foto və s. materiallar da mövcuddur.

Hesabatda 6 il erməni girovluğunda saxlanılmış Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı isə ayrıca məlumat verilmişdir. 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər, işğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurmuşdular. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumedilmə cəzasına məhkum olunmuşdular. Bu dövr ərzində onların hansı şəraitdə saxlandığı, nə cür işgəncələrə məruz qalmaları və s. haqda kifayət qədər əsaslar var.

Çox təəssüf ki, bununla bağlı beynəlxalq təşkilatlar susqun qalıblar. Çox təəssüfedici haldır ki, 21-ci əsrdə insanlara bu qədər işgəncə vermək, güc tətbiq etmək və zorakılığa məruz qoymağa beynəlxalq təşkilatlar səssiz yanaşıb. Bu azmış kimi, ayrı–ayrı siyasi, dini konyukturaya xidmət edən transmilli mərkəzlərin təşkilatçılığı ilə məqsədli şəkildə qərəzli, ədalətsiz, həyasız dezinformasiyalar yayılır, əsası olmayan, heç bir sübuta, dəlilə söykənməyən, əldəqayırma ittihamlarla Azərbaycan Respublikasına, rəşadətlı ordumuza, ölkənin siaysi və hərbi rəhbərlyinə qarşı təbliğat aparılır. Bu böhtan kampaniyasının seqmentlərinin biri də hərbi əsirlərlə, girovlarla rəftarla bağlıdır. Bu məsələyə qeyri-obyektiv, qərəzli yanaşma aşkar sezilir. Məhz təqdim edilən hesabat da bu sahədə ölkəmizə, ordumuza qarşı aparılan bu çirkin kampaniyaya tutarlı, adekvat cavab vermək, dünya ictimaiyyətinə obyektiv, doğru məlumatlar yaymaq məqəsədinə xidmət edir. Ölkə və dünya ictimaiyyətin diqqətinə təqdim edilən bu hesabat hərbi əsirlərə və girovlara rəftarla bağlı bir neçə ay ərzində aparılmış müşahidələr, toplanmış materiallar, KİV-də dərc olunan yazılar, video yazılar, şahid ifadələri əsasında, Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Ukrayna, İsrail və s. ölkələrin mənbələrinə istinadən, müqayisəli şəkildə təhlil aparılaraq hazırlamışdır.

Hesabatın sonunda isə müşahidə və araşdırmadan hasil olunan nəticələr qeyd olunmuşdur.

Qeyd etmək lazımdır ki, bu sənəd ilkin hesabat olaraq əldə olan materialların araşdırmasının tam yekunlaşmış bir hissəsinin nəticəsidir. Əldə hələ məlumatların dəqiqləşməsinə ehtiyac duyulan, araşdırmanın və təhlili tam yekunlaşmamış kifayət qədər material qalmaqdadır. Bu işlər də yekunlaşdıqdan sonra hesabat tam şəkildə ictimaiyyətə təqdim ediləcək. Bunun özü hesabatın ehtimallara, şaiyələrə deyil, maksimum dərəcədə, təkzibolunmaz sübut və dəlillərə söykənməsinə, obyektiv və ədalətli olmasına dəlalət edir.

Hesabat daha sonra müxtəlif dillərə tərcümə edilərək, dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq, beynəlxalq təşkilatlara, xarici dövlətlərin nümayəndələrinə yayılacaq.

Son xəbərlər

Orphus sistemi