Baş konsul: “Ermənistan adi məsələdən yersiz təşviş yaradır”

Baş konsul: “Ermənistan adi məsələdən yersiz təşviş yaradır” "Azərbaycanın sərhəd qoşunları yalnız sərhəddəki mövqelərini tuturlar”
Qarabağ
16 May , 2021 12:31
Baş konsul: “Ermənistan adi məsələdən yersiz təşviş yaradır”
Nəsimi Ağayev

“Ermənistan adi bir məsələdən yersiz təşviş yaradır. Azərbaycan tərəfindən təcavüz və ya işğal həyata keçirilmir. Azərbaycanın sərhəd qoşunları yalnız sərhəddəki mövqelərini tuturlar”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənistanın “təcavüz və işğal” barədə əsassız iddialarına cavab olaraq verdiyi açıqlamada deyilir.

“Ermənistan-Azərbaycan sərhədinin böyük hissəsi, o cümlədən Azərbaycanın suveren ərazilərinin 20 faizi 30 il Ermənistanın qanunsuz, eləcə də BMT və ABŞ tərəfindən qınanmış işğalı altında olub. Ötən ilin payızında Azərbaycan öz ərazilərini işğaldan azad edib və Ermənistanla dövlət sərhədinə nəzarəti ələ alıb. Çətin keçilən ərazi və əlverişsiz hava şəraiti səbəbilə sərhədin bəzi hissələri əlçatmaz idi. Hava şəraiti yaxşılaşdıqca Azərbaycan bu ərazilərdə öz sərhəd qoşunlarını yerləşdirib. Bütün bu tədbirlər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, dövlətlərarası sərhədi müəyyənləşdirən və tərəflərin hər birində olan xəritələrin əsasında aparılır”, – o bildirib.

Baş konsulun sözlərinə görə, hazırda iki ölkənin sərhədçiləri arasında danışıqlar aparılır.

“Üç onillik ərzində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayıb, 1 milyon azərbaycanlı zorakılıq yolu öz yurdlarından köçürdülüb. İşğal olunmuş ərazilərin demək olar ki, hamısı Ermənistan tərəfindən yer üzündən silinib. Bütün Azərbaycan irsi məhv edilib”, – N.Ağayev deyib və vurğulayıb ki, Ermənistan hakimiyyəti bu cür açıqlamalarla sadəcə beynəlxalq ictimaiyyətin diqqətini öz pis əməllərindən yayındırmağa çalışır.

“Ermənistanın hakim partiyası lazımsız gərginlik yaratmaqla qarşıdan gələn parlament seçkiləri ərəfəsində daxili mövqelərini gücləndirməyə çalışır. Azərbaycan bu gərginliyin sülh yolu ilə həll olunmasına sadiq qalaraq, Ermənistanı təxribatçı hərəkətlərdən və bölgədə gərginliyi artırmaq cəhdlərindən çəkinməyə və Azərbaycanın azad edilmiş ərazilərində dövlətlərarası sərhəd rejiminin reallığını tanımağa çağırıb”, – N.Ağayev diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi