Baş pastor: "Azad olunmuş torpaqlarda dua oxumaq bizə nəsib oldu"

Baş pastor: "Azad olunmuş torpaqlarda dua oxumaq bizə nəsib oldu" “Bu bayram günlərində burada olduğumuz üçün tanrıya şükür edirik. Azad olunmuş torpaqlarda dualar oxumaq bizə nəsib oldu”.
Qarabağ
14 Aprel , 2022 15:36
Baş pastor: Azad olunmuş torpaqlarda dua oxumaq bizə nəsib oldu

“Bu bayram günlərində burada olduğumuz üçün tanrıya şükür edirik. Azad olunmuş torpaqlarda dualar oxumaq bizə nəsib oldu”.

“Report” xəbər verir ki, bu fikirləri “Həyat sözü” xristian dini icmasının baş pastoru Yusif Fərhadov Hadrutda jurnalistərə bildirib.

“Biz 30 ildən sonra torpaqlarımıza qayıtdıq. Bu torpaqlarda sülh əbədi olsun!” – o bildirib.

Xatırladaq ki, ölkənin xristian dini icmaları nümayəndələri Xocavənd rayonunun işğaldan azad olunmuş Hadrut qəsəbəsinə gəliblər. Bu səfər Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən Pasxa bayramı münasibətilə təşkil olunub.

Son xəbərlər

Orphus sistemi