Baş prokuror və Fövqəladə Hallar naziri Gəncədə hadisə yerindədir

Baş prokuror və Fövqəladə Hallar naziri Gəncədə hadisə yerindədir Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Fövqəladə Hallar naziri Kamaləddin Heydərov Gəncədə hadisə yerindədir.
Qarabağ
17 Oktyabr , 2020 08:03
Baş prokuror və Fövqəladə Hallar naziri Gəncədə hadisə yerindədir

Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələri tərəfindən yenidən atəşə tutulmuş Gəncədədirlər.

"Report" xəbər verir ki, dövlət rəsmiləri Gəncə hadisə yerindədirlər.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirib. Nəticədə yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb. Dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 13 nəfərin meyiti çıxarılıb.

Son xəbərlər

Orphus sistemi