BMT Qarabağdakı humanitar yardım üçün Rusiya ilə işləməyə hazırdır

BMT Qarabağdakı humanitar yardım üçün Rusiya ilə işləməyə hazırdır BMT mütəxəssisləri Dağlıq Qarabağda lazım olan humanitar yardımın həcmini qiymətləndirmək üçün Rusiya ilə birlikdə işləməyə hazırdır.
Qarabağ
23 Noyabr , 2020 22:28
BMT Qarabağdakı humanitar yardım üçün Rusiya ilə işləməyə hazırdır

BMT mütəxəssisləri Dağlıq Qarabağda lazım olan humanitar yardımın həcmini qiymətləndirmək üçün Rusiya ilə birlikdə işləməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik bildirib.

“Rusiyanın sorğusuna cavab olaraq Baş katib təsdiq edib ki, mümkün olduğu zaman Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) və BMT-nin digər ofisləri bölgədəki humanitar ehtiyacları tam şəkildə anlamaq, Dağlıq Qarabağ və ətraf ərazilərdə ilkin müstəqil qiymətləndirmə aparmaq üçün əməkdaşlıq və yerlərdə birgə fəaliyyət imkanlarını müzakirə etməyə hazırdırlar” deyə, o bildirib.

Son xəbərlər

Orphus sistemi