“BMT Dağlıq Qarabağda gərginliyinin azaldılmasına və ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında danışıqların bərpasına yönəlmiş istənilən diplomatik səyləri dəstəkləyir”.
“Report” BMT-nin Xəbərlər Mərkəzinə istinadən xəbər verir ki, bunu BMT-nin mətbuat katibi Stefan Düjarrik Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ABŞ dövlət katibi Mayk Pompeo ilə keçirəcəyi görüşləri şərh edərkən deyib.
S.Düjarrik xatırladıb ki, münaqişənin gərginləşməyə başladığı ilk gündən bəri BMT-nin Baş katibi Antoniu Quterriş hər iki ölkənin xarici işlər nazirləri ilə təmaslarını davam etdirib.
“Vaşinqtondakı görüş ATƏT-in Minsk qrupu həmsədrlərindən birinin iştirakı ilə keçiriləcək”, - o əlavə edib.