Ceyms Şarp: “Britaniya məcburi köçkünlərin geri qaytırmaq arzusunu dəstəkləyirik”

Ceyms Şarp: “Britaniya məcburi köçkünlərin geri qaytırmaq arzusunu dəstəkləyirik” "Azərbaycanlı məcburi köçkünlər öz doğma yurdlarına qaytırmaq arzusundadır, biz də bu istəyi dəstəkləyirik və bu səbəbdən, işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək veririk".
Qarabağ
1 Aprel , 2022 10:41
Ceyms Şarp: “Britaniya məcburi köçkünlərin geri qaytırmaq arzusunu dəstəkləyirik”

"Azərbaycanlı məcburi köçkünlər öz doğma yurdlarına qaytırmaq arzusundadır, biz də bu istəyi dəstəkləyirik və bu səbəbdən, işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək veririk".

“Report” xəbər verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda deyib.

Səfir bildirib ki, Böyük Britaniya ərazilərin minalardan təmizlənməsi işində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) dəstək verir: “Ağdamda Böyük Britaniya istehsalı olan xüsusi minaaşkarlayan dronlar var”.

O, həmçinin işğaldan azad edilmiş ərazilərin bərpa işinin sürətinin valehedici olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi