ATƏT-in Minsk qrupunun münaqişədən sonrakı dövrdə missiyası olmalıdır.
“Report” xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza jurnalistlərə bildirib.
“Prezident İlham Əliyevin artıq təklif etdiyi kimi, Minsk qrupu münaqişədən sonrakı dövrdə nələr edə biləcəyi barədə fikirlər təqdim etməlidir. Azərbaycanın nəzər nöqtəsindən münaqişə artıq həll edilib. Əslində görülməli hələ çox iş var. Bura həm Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həm də 10 noyabr bəyanatının qalan məsələlərinin icrası daxildir. Və ya Prezident Əliyevin təklif etdiyi kimi, Azərbaycanla Ermənistan arasında yalnız Dağlıq Qarabağ baxımından deyil, ümumiyyətlə, yekun sülh razılığına nail olmaq üçün müəyyən danışıqlar aparıla bilər”, - o deyib.