"Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rola malikdir".
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Corctaun Universitetinin professoru, enerji sahəsi üzrə tanınmış mütəxəssis Brenda Şaffer bildirib.
Onun sözlərinə görə, enerji infrastrukturunun fiziki təhlükəsizliyi son dərəcə vacibdir: “Boru xəttləri müharibədə hədəf olmaqla əvvəlki tək təhlükəyə məruz qalırlar. Biz, Azərbaycanda fiziki enerji infrastrukturunu necə qorunmalı və bu baxımdan təhlükəsizliyə təhdidlərin öhdəsindən necə gəlinməli olduğunu müzakirə edəcəyik”.
Azərbaycanın azad edilmiş ərazilərinin bərpası haqqında danışarkən B.Şaffer ekologiyaya zərər vurmadan “yaşıl” enerjini inkişaf etdirmək niyyətini yüksək qiymətləndirib: “Azad edilmiş ərazilərdə bu bölgənin coğrafiyasına əla uyğunlaşan yaşıl texnologiyalar tətbiq ediləcək. Bu yaxınlarda Cəbrayıla etdiyim səfər zamanı ermənilərin təbiətə böyük zərər vuraraq bu ərazilərin resurslarından necə istifadə etdiklərinin şahidi oldum”.