Brenda Şaffer USAID rəhbərinə Qarabağdakı vəziyyətə daha geniş prizmadan baxmağı tövsiyə edib

Brenda Şaffer USAID rəhbərinə Qarabağdakı vəziyyətə daha geniş prizmadan baxmağı tövsiyə edib “Naval postgraduate school”un (ABŞ) professoru və Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer USAID-in direktoru Samanta Pauerə Qarabağı tərk edən digər sakinlərə, daha doğrusu öz vətənlərinə qayıtmaqdan məmnunluq duyan erməni hərbçilərə diq
Qarabağ
22 Noyabr , 2023 12:58
Brenda Şaffer USAID rəhbərinə Qarabağdakı vəziyyətə daha geniş prizmadan baxmağı tövsiyə edib

“Naval postgraduate school”un (ABŞ) professoru və Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer USAID-in direktoru Samanta Pauerə Qarabağı tərk edən digər sakinlərə, daha doğrusu öz vətənlərinə qayıtmaqdan məmnunluq duyan erməni hərbçilərə diqqət yetirməyi tövsiyə edib.

“Report” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

“Siz Qarabağda yaşamış Ermənistandan olan 12 min hərbçi və onların ailə üzvləri (daha 20 min) ilə də danışdınızmı? Onlar yəqin ki, evlərinə qayıtmağa şad olublar”, - B.Şaffer USAID-in direktorunun Azərbaycanın Qarabağ regionunu könüllü tərk etmiş ermənilərlə görüşünü şərh edərkən vurğulayıb.

Son xəbərlər

Orphus sistemi