Britaniya səfiri: “20 Yanvar şəhidləri Azərbaycanın müstəqilliyinin nişanəsidir”
Britaniya səfiri: “20 Yanvar şəhidləri Azərbaycanın müstəqilliyinin nişanəsidir”Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar başsağlığı verib
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar başsağlığı verib.
“Report” xəbər verir ki, diplomat müvafiq postu tvitter səhifəsində paylaşıb.
“2019-cu ildə Azərbaycanda fəaliyyətimə başlayanda ilk ziyarətim Şəhidlər xiyabanına oldu. Bu şəkil də məhz o zaman çəkilib. Britaniya səfirliyinin əməkdaşları ilə birlikdə Azərbaycanın müstəqilliyinin nişanəsi olan 20 Yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq”, - səfir yazıb.
2019-cu ildə Azərbaycanda fəaliyyətimə başlayanda ilk ziyarətim Şəhidlər Xiyabanına oldu. Bu şəkil də məhz o zaman çəkilib. Britaniya səfirliyinin əməkdaşları ilə birlikdə Azərbaycanın müstəqilliyinin nişanəsi olan 20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq. #20yanvarpic.twitter.com/8booSsI51l