Britaniyalı ekspert: “2021-ci ildə Cənubi Qafqazda uzun müddətli sülh üçün əla fürsət yaranıb”

Britaniyalı ekspert: “2021-ci ildə Cənubi Qafqazda uzun müddətli sülh üçün əla fürsət yaranıb” “2021-ci ili Cənubi Qafqazda uzun müddətdir geosiyasi baxımdan ağrılı yaraya çevrilən bir problemin həlli üçün uğurlu il saymaq olar”.
Qarabağ
3 Yanvar , 2022 11:20
Britaniyalı ekspert: “2021-ci ildə Cənubi Qafqazda uzun müddətli sülh üçün əla fürsət yaranıb”

“2021-ci ili Cənubi Qafqazda uzun müddətdir geosiyasi baxımdan ağrılı yaraya çevrilən bir problemin həlli üçün uğurlu il saymaq olar”.

Bunu "Report"un Avropa bürosuna açıqlamasında Böyük Britaniya Birminqem universitetinin professoru, beynəlxalq təhlükəsizlik üzrə ekspert Stefan Vulff bildirib.

O qeyd edib ki, 2021-ci ildə Azərbaycan və Ermənistan arasında Sovet İttifaqı dağıldıqdan sonra ilk dəfə uzunmüddətli sülhün əsasını qoymaq üçün əla fürsət yaranıb:

“Hesab edirəm ki, ölkələr üçüncü tərəfin təzyiqlərinə qarşı güclü iradə nümayiş etdirərək buna nail olacaqlar. Cənubi Qafqaz bu sülhün əsasında dünyada yeni və strateji kommunikasiya mərkəzi olmağa başlayacaq ki, bu Ermənistan üçün də tarixi fürsət olar. Hesab edirəm ki, tərəflər 2022-ci ildə də ötən il əldə edilmiş imkanlardan məhsuldar formada yararlana bilərlər”, - deyə, o, vurğulayıb.

Ekspert qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi beynəlxalq normativlərin tələbi idi və bu, heç də hansısa revanşist qıcıqlara səbəb olmamalıdır.

Son xəbərlər

Orphus sistemi