Cəlilabad rayonunda şəhid əsgər Bilal Novruz oğlu Rzayev dəfn olub.
"Report"un Muğan bürosunun məlumatına görə, onun nəşi doğulduğu Alar kəndindəki qəbiristanlıqda uğrunda canını fəda etdiyi torpağa tapşırılıb.
Tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin qardaşına təqdim edilib.
Cəlilabad rayonunda şəhid əsgər Bilal Novruz oğlu Rzayevlə vida mərasimi keçirilir.
"Report"un Muğan bürosunun məlumatına görə, doğulduğu Alar kəndindəki evində baş tutan tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və yaxınları iştirak edirlər.
Şəhid Alar kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, B.Rzayev 1997-ci ildə Cəlilabad rayonunun Alar kəndində doğulub. Sentyabrın 28-də Cəlilabad rayonundan könüllü olaraq orduya yola salınmışdı.
Allah rəhmət eləsin!