Ceyhun Bayramov Lavrovla üçtərəfli bəyanatın icrasını müzakirə edib

Ceyhun Bayramov Lavrovla üçtərəfli bəyanatın icrasını müzakirə edib Cari ilin 12 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Qarabağ
12 Dekabr , 2020 18:59
Ceyhun Bayramov Lavrovla üçtərəfli bəyanatın icrasını müzakirə edib

Cari ilin 12 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi