Cibutinin İƏT-dəki nümayəndəsi: “Ağdamın yer üzündən silindiyinin şahidi olduq”

Cibutinin İƏT-dəki nümayəndəsi: “Ağdamın yer üzündən silindiyinin şahidi olduq” “Ağdama səfər zamanı əvvəllər mövcud olan şəhərin artıq yer üzündən silindiyinin şahidi olduq. Eyni zamanda səfər çərçivəsində Gəncə şəhərinə də getdik"
Qarabağ
8 Aprel , 2021 11:22
Cibutinin İƏT-dəki nümayəndəsi: “Ağdamın yer üzündən silindiyinin şahidi olduq”
Dya-Eddine Said Bamakhrama

“Ağdama səfər zamanı əvvəllər mövcud olan şəhərin artıq yer üzündən silindiyinin şahidi olduq. Eyni zamanda səfər çərçivəsində Gəncə şəhərinə də getdik. Orada müxtəlif raketlərin zərbəsi nəticəsində dağıntıların şahidi olduq”.

“Report” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyətinin keçirdiyi mətbuat konfransında Cibutinin Səudiyyə Ərəbistanındakı səfiri, İƏT-dəki daimi nümayəndəsi Dya-Eddine Said Bamakhrama deyib.

“Biz azad edilən ərazilərə qayıdışın təmin olunması üçün Azərbaycana öz dəstəyimizi davam etdirəcəyik. Öz resurslarımızın bu məsələdə səfərbər olması üçün üzv dövlətlə təmasları davam edəcək və səylərimizin Azərbaycana yönəldilməsi üçün fəaliyyət göstərəcəyik”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi