Azərbaycanın “AT&S” MMC şirkəti ilə Dağıstanın “Uniservis” şirkəti arasında Qarabağda, yəni işğaldan azad olunmuş ərazilərdə birgə bərpa işləri görmək barədə əməkdaşlıq və müştərək fəaliyyət müqaviləsi imzalanıb.
Bunu “Report”a Dağıstan şirkətinin baş direktoru Arslan Əli Həmzətov bildirib.
O deyib ki, hələlik fəaliyyət göstərəcəyimiz ərazilər və sahələr müəyyənləşdirilməyib.
Xatırladaq ki, “Uniservis” MMC 1992-ci ildən yol, tikinti, infrastrukturla bağlı müxtəlif layihələr həyata keçirir.