Dağların qoynunda bir inci - Suqovuşandan - FOTOREPORTAJ

Dağların qoynunda bir inci - Suqovuşandan - FOTOREPORTAJ Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-dən həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan kəndinin bərpası istiqamətində işlər davam etdirilir.
Qarabağ
28 Yanvar , 2021 16:40
Dağların qoynunda bir inci - Suqovuşandan - FOTOREPORTAJ

Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-dən həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan kəndinin bərpası istiqamətində işlər davam etdirilir.

"Report"un Suqovuşana ezam olunan çəkiliş qrupu xəbər verir ki, kəndə gedən avtomobil yolunun bərpası işləri ilkin mərhələ üzrə yekunlaşıb.

“Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında əsaslı təmir və bərpa işləri aparılır. Eyni zamanda kənd ərazisinin minalardan təmizlənməsi istiqamətində işlər görülür.

Qeyd edək ki, kənd ötən ilin oktyabrın 3-də müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

"Report" Suqovuşan kəndindən fotoları təqdim edir.

Son xəbərlər

Orphus sistemi